Bankların kredit verməsi üçün... - Ekspert fikri

Bankların kredit verməsi üçün… – Ekspert fikri

Müəllif: Redaktor

Baş Redaktor

Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları əhaliyə kredit verməkdə belə demək mümkündürsə, xəsislik edir. Nəticədə, kredit götürənlərin sayı da xeyli dərəcədə azalıb. Maraqlıdır ki, bu vəziyyətin yaranmasına baxmayaraq, banklar hələ də kreditlər üzrə faizləri aşağı salmaq barədə fikirləri yaxına belə buraxmırlar. Belə bir fonda görəsən hansı addımlar atılmalıdır ki, banklardan kredit götürənlərin sayı artsın?

Liberal iqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yeniçağ.az-a açıqlamasında bildirdi ki, baza və şərait yaradılmayınca banklar kredit verməkdə, əhali isə onu almaqda o qədər də maraqlı olmayacaqlar:

“Belə bir məsələnin çözülməsi problemin həllinə kompleks yanaşmanın olmasını tələb edir. Amma nəticə ondan ibarət olmalıdır ki, ölkədə maliyyə sabitliyi yaransın. Yəni milli valyuta olan manat sabitləşməlidir ki, maliyyə sistemində canlanma yaransın. Nə qədər ki, manat sabitləşməyib, ona etibar aşağıdır, o zamana qədər banklar kredit verməkdə, əhali də kredit götürməkdə maraqlı olmayacaq. Əslində, kredit bazası da məhduddur. Ona görə ki, kreditlərin 80 faizi əhalidən alınan əmanətlər hesabına maliyyələşir. Əmanətdə pulu olan vətəndaşlar isə artıq 2 ildir ki, vəsaitlərini geri çəkməklə məşğuldurlar. Yəni hazırkı situasiyada bankların kredit verməkdə və əhalinin onu almaqda maraqlı olması üçün nə baza, nə də şərait var. Baza və şərait yaradılarsa, kredit vermək prosesində yenidən canlanmanı müşahidə edə bilərik. Bu fonda manatın sabitləşməsi üçün ölkədə uzun yol olsa da, əmtəə istehsalı genişlənməlidir, qeyri-neft sektoru dirçəldilməlidir, müstəqil məhkəmələr olmalıdır. Yəni prosesdə canlanmanın yaranması üçün geniş spektrli addımlar atılmalı, əlverişli biznes mühiti yaradılmalıdır”.

 

ELÇİN

Yenicag.az

Bank, Xəbərlər, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti