!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların kredit xaosundan necə qurtulmalı?

!Reklam – Yazi

merkezi-bank-azpolitikaRəşad Həsənov: “Sərt deyil, əksinə yumşaq pul-kredit siyasəti yürüdülməlidir”

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan dövlətinə pul-kredit siyasətini sərtləşdirməyi tövsiyə edib. Bu barədə BVF-nin yaydığı bəyanatda qeyd olunub. Sənədə əsasən, Fond ölkədə inflyasiyanın nəzarətdə saxlanılması və manata olan tələbatın artırılması məqsədilə sərt pul siyasətinin həyata keçirilməsini zəruri hesab edir.

Görəsən, belə bir addımın atılması mümkündürmü? Ümumiyyətlə pul-kredit siyasətinin sərtləşdirilməsi ölkəyə nə vəd edir?

İqtisadçı ekspert Rəşad Həsənov pul-kredit siyasətinin sərtləşdirilməsinə ehtiyac görmür. Onun fikrincə, əksinə, bu istiqamətdə yumşaq siyasət yürüdülməlidir: “Azərbaycanda hazırda onsuz da kifayət qədər sərt pul-kredit siyasəti həyata keçirilir. Uçot dərəcəsi 15 faizə qədər artıb ki, bu da il yarım burdan əvvəlki dövrlə müqayisədə 4-5 dəfə artım deməkdir. Eyni zamanda, faktiki olaraq banklar kredit vermir. Bir il ərzində bankların kredit portfeli 1 milyard manat, yaxud da 22-23 faizə qədər azalıb. Belə bir şəraitdə dövlət büdcəsinin xərcləmələrinə də diqqət yetirsək görürük ki, burada da azalmalar ciddi şəkildə özünü göstərməyə başlayıb. İlin 9 ayının nəticələrinə görə büdcə xərclərinin təxminən 55 faizi yerinə yetirilib. Yəni 19 milyardlıq xərcdən 10 milyard manatı xərclənib. Bu da o deməkdir ki, növbəti 3 ayda yerdə qalan 9 milyard manatın xərclənmə ehtimalı da kifayət qədər aşağıdır. Belədə görürük ki, dövlət büdcəsində də xərclənmənin həyata keçirilməsi istiqamətində məhdudiyyətlər tətbiq olunur. Belə bir şəraitdə hansısa bir formada pul-kredit siyasətinin sərtləşdirilməsinə hansısa bir ehtiyac yoxdur.  Əksinə, hazırda həyata keçirilən sərt pul-kredit siyasəti ölkə iqtisadiyyatının, qeyri-neft sektoru, kiçik və orta sahibkarlığın, real sektorun məhvinə aparan bir istiqamətdir. Bu sahələrdə indilikdə maliyyə əlçatanlığı kifayət qədər aşağı həddədir. Kreditlərə çıxış imkanları məhdudlaşıb. Dövriyyədə nağd pul çatışmamazlığı ciddi şəkildə hiss olunur. Belə bir şəraitdə düşünürəm ki, sərt pul-kredit siyasətinin əslində ölkə iqtisadiyyatı üçün yaratdığı problemlər daha çoxdur. Təbii ki, burada hökumət və Mərkəzi Bank daha çox inflyasiya və manatın məzənnəsini müəyyən səviyyədə qoruyub saxlamaq cəhdini nümayiş etdirir. Amma eyni zamanda, bunun digər sferalara yaratdığı mənfi təsir və zərərlərin həcmi də kifayət qədər böyükdür. Nəticədə artıq görürük ki, ölkə iqtisadiyyatı kiçilməyə başlayıb. 2016-cı ilin nəticələrinə görə, bu təxminən 3,5 faizdən artıq olmayacaq. Bu, Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə rastlaşdığımız haldır. Belə bir vəziyyətdə isə fikrimcə, hər hansı bir formada pul-kredit siyasətini sərtləşdirməyə ehtiyac yoxdur. Əksinə, daha yaxşı olar ki, yumşaq pul-kredit siyasəti yürüdülsün.  Qısa müddətdə iqtisadiyyatın liberallaşması təmin olunmalı, xüsusilə də ilkin kapital çatışmamazlığının mövcud olduğu bir ölkədə maliyyə qaynaqlarına çıxış imkanları yumşaldılmalıdır”.

Elçin/Yenicag.az

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv