!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bankların müflis olmağındansa birləşməyi yaxşıdır” – Ekspert çıxış yolu göstərir

!Reklam – Yazi

“Atabank” və “Caspian Development Bank” (CDB) ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, “CDB”-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək, “Atabank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib. Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib. Həmçinin, “Atabank” və “CDB” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

Məsələni Yeniçağ.az-a şərh edən iqtisadçı-eksert Qadir İbrahimli bildirib ki, bu ölkədə maliyyənin pozulması nəticəsində yaranan problemlərdir:

“Bu da birbaşa banklara öz təsirini göstərir. Azərbaycanda devalivasiyanın və son 2 il ərzində manatın 122 faiz dəyərini itirməsi bir çox bankların maliyyə sıxıntılarına səbəb olub. Bunun üçün də bank birləşməyə qərar verməli, ya da çökməsinə hazır olmalıdır. Təbii ki, daha rasional qərar başqa bir bankla birləşməkdir. Tendensiya üçün yaxınlarda bir neçə bankın birləşməsi gözlənilir. Çox güman ki, 7-8 bank anoloji qərar qəbul edəcək”.

İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, rəsmi açıqlamalar olmadan bankların birləşdirilməsi haqda hansısa sözü söyləmək çətindir:

“Hər halda banklardakı problemin nədən ibarət olduğu hələ bilinmir. Birləşmə ilə bağlı Palata tərəfindən açıqlama verilməlidir. Ümumiyyətlə, bankların birləşdirilməsi daha məqsədə uyğundur, nəinki ləğv edilməsi. Bankların birləşdirilməsinin tərəfdarıyam, müflisləşməsinin deyil. Çünki banklarda müflisləşmə olanda istehlakçılara daha çox ziyan dəyir. Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank göstəriş verməlidir ki, banklar birləşdirilsin, müflisləşib ləğv edilməsin. Bütün hallarda bizim qiymətləndirməmiz onu göstərir ki, yaxın müddət ərzində Azərbaycanda 20-yə qədər bankların azalması qaçılmaz olacaq”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv