!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların təzyiqi ilə üzləşən sahibkar Prezidentə müraciət etdi

!Reklam – Yazi

1456133524_accses“Evimizi satdırıb, bizi küçədə qoymaq istəyirlər”

Dünyada baş verən iqtisadi böhran Azərbaycana da təsir göstərdi və ölkədə olan çatışmazlıqlar bu böhranın ağrısını daha da artırdı. Xüsusən dövlətin əsas sütunlarından olan sahibkarlar daha çətin duruma düşdülər. Bir çoxları iş yerini bağlamağa məcbur oldu. Onların çətinliklərlə üzləşməsinin əsas səbəblərindən biri də dollarla götürdükləri kreditlərdir. Bizə müraciət edən sahibkar Həmzə Həmidov da biznes fəaliyyəti ilə məşğul olmaq üçün dollarla kredit götürüb. Amma pul qazanmaq əvəzinə acınacaqlı duruma düşüb. Belə ki manat 2 dəfə devalvasiyaya uğrayıb və onların borcu dəfələrlə artıb. Ən pis tərəfi isə bankların güzəştə gütməməsi və dövlət başçısının sahibkarlığın inkişafı üçün atdığı addımlara dəstək verməməmləridir.

Sahibkar Həmzə Həmidov dedi ki, oğlum Azər Həmidov 2013-cü ilin sentyabr ayında ACCESBANK Qapalı Səhmdar cəmiyyətinin “Azadlıq” flialından 48 ay müddətinə qaytarmaq şərti ilə sahibkarlıq fəaliyyəti üçün 150 min dollar məbləğində kredit götürüb. Onun sözlərinə görə, bank tərəfindən araşdırma aparılıb və biznes fəaliyyəti tərtib olunub: “Bundan sonra biznes fəasliyyətilə məşğul olmuşam və banka ödənişləri vaxtında etmişəm. 2014-cü ilin dekabrından etbbarən işlərimizdə çətinliklər yaranmağa başladı, məhsulumuzun alıcılıq qabiliyyəti hiss olunacaq dərəcədə zəiflədi. Məsuliyyətimizi dərk edərək ACCESSBANK-ın “Azadlıq” flialına 2014-cü ilin dekabr ayında ərizə ilə müraciət edərək monitorinq keçirilməsini xahiş etdim ki, vəziyyəti görsünlər və ödənişlər üçün mənə vaxt versinlər. Gəlib monitorinq keçiridlər və yaranmış çətinliklərin şahidi oldular. Əfsus ki, köməklik göstərə bilmədilər. 2015-ci ilin iyun ayında bizim bütün imkanlarımız tükəndi və mən banka yenidən müraciət etdim. Bizə verilən 48 ayı 60 aya kimi uzatdılar və bizə daha ağır zərbə vurdular. Uzadılmış aylar üçün götürdüyüm məbləği belə ödəməyə çətinlik çəkdiyim halda əlavə olaraq 31 min dollardan yuxarı faiz dərəcəsi hesabladılar. Çətinliyimizin səbəbi isə dünyada və ölkədə baş verən iqtisadi böhrandır. Banka ödənişimiz 2015-ci ilin 10-cu ayından dayandıb, bank isə 2016-cı ilin yanvarına qədər ödəniş etmədiyimiz aylarıa görə əlavə olaraq 13145 dollar cərimə hesablayıb, işi isə məhkəməyə göndərir”. O, əlavə edib ki, bank banka qoyduqları 3 evin satılmasını və banka yönləndirilməsini məhkəmədən tələb edir: “Düzdür, bankın öz səlahiyyətlərindən istifadə etmək hüququ var. Bəs biz, zəhmətkeşlər nə edək? Məgər bank rəhbərliyi ölkədə və dünyada gedən iqtisadi böhranı görmür? Bank rəhbərləri bu ölkənin vətəndaşları deyilmi? İndi böhran zamanında evimizi satdırıb bizi küçədə qoymaq hansı insani davranışa, hansı ədalətə sığır? Bankı başa düşmək olar, çətinliklərlə qarşlaşırlar, amma bizi kim başa düşəcək bəs, biz ki iflic vəziyyətindəyik, ailəmizi dolandırmaqda belə çətinliklərlə üzləşirik. Bu çətinliklərdən çıxmaq, üçün yollar axtarılmaldır”.

Onun sözlərinə görə, ölkə başçısı gecə gündüz çalışır ki, dövləti və xalqı bu vəziyyətdən çıxarsın: “Banklar isə cənab Prezidentin sahibkarlara verdiyi dəstəyə şərik olmurlar. Onlar ancaq özlərini fikirləşir və asan yol seçməklə evləri ipotekaya yönəldib, məhkəmə yolu ilə satdırıb banka ödətdirmək istəyirlər. Bankların bu addımı məsələni ədalətsiz “həlli” və bizim daha pis duruma salınmağımız deməkdir.

Bizim axı nə günahımız var və hardan bilə bilərdik ki, dollar bir gündə inanılmaz səviyyədə bahalaşacaq və manat iki dəfə devalvasiyaya məruz qalacaq. İkinci də biz məcbur olub dollarla kredit götürmüşük. Banklar Azərbaycanda fəaliyyət göstərdiyi, burada pul qazandığı halda niyə milli valyutadan qaçırlar?
Fikrimizcə məsələni ədalətli həlli belə olmalıdır. Müştəri kredit götürdüyü zaman dolların kursu necə idisə o kursla da ödəməlidir. Bank rəhbərliyi bununla razı olmasa o zaman kreditin müddətini uzun müddətə uzatmaq, faiz dərəcəsini 5-6 faiz aşaqı salmaq, uzadılmış vaxt üçün faiz hesablamamaq laızmdır. O zaman bu həm müştərinin, həm də bankın çətin vəzityətdən çıxmasına köməklik olar. media vasitəsilə dövlət başçısından və əlaqədar qurumlardan xahiş edirəım ki, bankların sənədləri məhkəməyə göndərməsinin qarşısını alsın. Bizim və xalqımızın bu iqtisadi böhrandan çıxmasına yardımçı olsun. Ölkədə iqtisadi durumun normallaşmasına qədər ödənişlərin dayandırılmasına öz tövsiyyənizi vermənizi xahiş edirəm”.(avrasiya)

www.yenicag.az

933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv