Ads by Google

hightechnic
Ads by Google

245599Azərbaycanda lisenziyası ləğv olunan banklardan üçünün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var.

Bu barədə apa-nın sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən “Evrobank” ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var.

2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən “United Credit Bank” ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir.

Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə “Texnikabank” ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib.

Qeyd edək ki, “Atrabank” ASC-nin, “Azərbaycan Kredit Bankı” ASC-nin, “Gəncəbank” ASC-nin Mərkəzi Bank tərəfindən lisenziyalarının ləğv edildiyi tarixə vergi borcları olmayıb. “Bank of Azerbaijan” və “Qafqaz İnkişaf bankı” ASC-lərin lisenziyalarının ləğv edildiyi tarixə olan vergi borclarının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."