!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Barak Obama: “Əsəd, Rusiya və İranın əli Suriyada qana batıb”

!Reklam – Yazi

obama“Suriyadakı vəhşətin məsuliyyətini Bəşər Əsəd rejimi və onun müttəfiqləri olan Rusiya ilə İran daşıyır. Onların əllərində Suriyadakı qətliamların qanı var”.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Ağ evdə keçirilən ilin sonuncu mətbuat konfransında ABŞ prezidenti Barak Obama deyib. Obama çıxışında Hələbdəki son vəziyyət və Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları vasitəsilə müdaxilə cəhdinə xüsusi diqqət ayırıb. ABŞ prezidenti deyib ki, Hələbdə mülki şəxslər hədəfə götürülüb: “Məsum insanların blokadaya alındığı, aclığa məhkum edildiyi bir strategiya ilə üz-üzəyik. ABŞ diplomatik və siyasi yollarla Suriyadakı vətəndaş müharibəsinin həllinə çalışıb. Dünyanın harasında olursa olsun, müharibə səbəbindən bir uşağın ölümünə görə öz üzərimdə məsuliyyət hiss edirəm. Suriya məsələsi qarşılaşdığım ən çətin problemlərdəndir.

Obama Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları ilə müdaxilə etməsini də sərt tənqid edib, “Rusiya dərhal buna son qoymalıdır” – deyib.

Yenicag.az

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv