!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Barselonada zərər çəkənlər arasında Azərbaycan vətəndaşları var?

!Reklam – Yazi

“İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik”.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.

H. Hacıyev terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib:

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır. Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib”.

Onun sözlərinə görə, səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir:

“Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcəkdir”.

Yenicag.az

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv