!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş bankirlə komitə sədrinin ittifaqının pərdəarxası-Fotolar

!Reklam – Yazi

11880449_10206307745445274_313728596_nCuma Əhmədzadənin Qaxda hazırkı millət vəkili Azər Kərimlini əvəz edəcəyi gözlənilir

Nəzərə alsaq ki, Qax rayonuna Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiyev, qonşu Zaqatala rayonuna isə Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə rəhbərlik edirlər, o zaman Cuma Əhmədzadənin deputat seçilməsi Qaxda heç kimdə şübhə doğurmur. Eyni zamanda Cuma Əhmədzadənin Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evli olması onun şansını daha da artırır.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə millət vəkili olmağa hazırlaşır. Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbə bildirib.

Yenicag.az xəbər verir ki, PİA.AZ-a daxil olan məlumata əsasən Cuma Əhmədzadə Qax rayonundan öz namizədliyini irəli sürəcək. Onun Qaxdan hazırkı millət vəkili Azər Kərimlini əvəz edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Qax rayonuna Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiyev, qonşu Zaqatala rayonuna isə Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə rəhbərlik edirlər, o zaman Cuma Əhmədzadənin deputat seçilməsi Qaxda heç kimdə şübhə doğurmur. Eyni zamanda Cuma Əhmədzadənin Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evli olması onun şansını daha da artırır. Bundan başqa Cuma Əhmədzadənin YAP-ın siyahısında yer alması gözlənilir.

14895_srcQeyd edək ki, Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də atası sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada olan 2 şirkəti (“ALPS s.r.o.”, “GYUNEL LİMİTED”) olması barədə daha əvvəllərdə mətbuatda yazılıb. “GLOBALLY LTD” adlı daha bir şirkətin məhz Cümə Əhmədzadəyə aid olması təsdiqlənib. Həmin məlumatın təsdiqi haqqında sübutu təqdim edirik:

11844043_696558170448044_2125778540_n

 

Həmçinin Cuma Əhmədzadə Azərbaycanda “Advisors CO.”, “Proyekt”, “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibidir. Cüma Əhmədzadənin, həm də otelllər zəncirinin sahibi olduğu da bildirilir. Onlardan birinin açılışında şəxsən ölkə Prezidenti İlham Əliyev də iştirak edib.

9226

Əhmədzadələr tərəfindən artıq tamamən özəlləşdirildiyi bildirilən Qax rayonunda tikilən “El-Resort” oteli Prezidentin iştirakı ilə açılışı olan obyektlərdən biridir. Əhmədzadələrə məxsus olduğu bildirilən “ İlisu `Uludağ` Turizm və İstirahət Kompleksi”nin açılışında da şəxsən Prezident özü iştirak edib.

11880732_696558173781377_1771270586_n
Cuma Əhmədzadənin deputat seçilməsinə heç kimin şübhəsi olmasa da, mənbə Azərbaycanın tanınmış məmur-oliqarxlarından biri olan Əhmədzadənin oğlunun Qaxda problemlərlə üzləşməsini də istisna etmir. Çünki yerli əhali Qaxın icra başçısı Əhmədzadələrin xalası oğlu Musa Şəkiliyevdən çox narazıdır. Bu barədə danışan mənbə bildirir ki, yerli Qax və Zaqatala sakinləri uzun müddətdir ki, Əhmədzadələrin sosial-iqtisadi monopoliyasından əziyət çəkir. Ona görə də mənbə iddia edir ki,Cuma Əhmədzadənin Qaxdan deputat mandatı almasına Qax sakinlərinin böyük əksəriyyəti qarşıdır.

скачанные файлы (1)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv