Ads by Google

hightechnic
Ads by Google

aq152Kişinyov Rayon Məhkəməsi Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Moldova Baş Prokurorluğunun mətbuat katibi Mariya Viyeru bildirib.

Qeyd edək ki, baş konsul Kişinyov hava limanında saxlanılıb. Vyaçeslav Filip və bir qrup əcnəbi, Moldovaya səfər etmək istəyən xarici vətəndaşlara sənədlər verərkən dələduzluq yolu ilə korrupsiyaya yol verməkdə şübhəli bilinirlər.

Araşdırmalar zamanı Moldovanın İstanbuldakı baş konsulluğunun bir qrup şəxslə sövdələşməyə girərək, bu cinayətkar sxemdə fəal iştirak etdiyi məlum olub.

Moldovanın İstanbuldakı baş konsulluğunun bütün əməkdaşlarının korrupsiya cinayətlərində iştirak etdiyi qeyd olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."