www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bildiyiniz kimi, IV İslam Həmrəylik Oyunlarında futbol üzrə U-23 milli komandaları da iştirak edəcək. Millimiz məşqçi Yaşar Vahabzadənin rəhbərliyi ilə bu yarışa hazırlaşır. Yığma komandamız mübarizəyə mayın 8-də Kamerunla start verəcək. Mayın 11-də Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq U-23 ayın 15-də Mərakeşlə münasibətlərinə aydınlıq gətirəcək. Hər üç görüş “Bayın Arena”da baş tutacaq.

Millimizin İslamiadaya hazırlığı və hazırki durumu ilə bağlı Yaşar Vahabzadə Yeniçağ.az-a danışıb. O, ilk rəqiblərinin güclü olduğunu etiraf edib:

“Amma ilk oyundan çox şey asılıdır. Doğma divarlar arasında azarkeşlərin də dəstəyi önəmlidir. Birinci görüşdə nə qədər yaxşı çıxış etsək, növbəti matçlarda daha çox tərəfdar dəstək verəcək.

Zənnimcə, Kamerunla görüşümüz ilk oyun olduğundan futbolçular daha istəkli oynayacaq, yorğun düşməyəcəklər. Amma unutmayaq ki, Kamerunun oyunçuları İspaniya, Fransa klublarında çıxış edir.

Kamerun Bakıya gəlib, yoldaşlıq oyunu keçirtmək istəyir. Orada baxıb görə bilərik ki, rəqiblər nəyə qadirdir.
Heç olmasa oyun prinsipləri, sistemləri bilinəcək. Digər rəqiblərin isə oyunlarına yarış davam edə-edə şahidlik edəcəyik.

Təbii, azarkeşlərimiz önündə oynamağın da məsuliyyətini yaxşı anlayırıq”

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.