!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Baş məşqçi: “Heç kimi zorla saxlaya bilmərik”

!Reklam – Yazi

neftci“Neftçi” futbol klubu yenidən əvvəlki vəziyyətini bərpa etmək niyyətindədir. Buna görə də kluba bir neçə oyunçu cəlb etmək istəyirlər. Hazırda turnir cədvəlinin 7-ci pilləsində dayanan “Neftçi” ilk dördlükdə öz yerini almaq üçün çalışır.

Yeniçağ.az-a danışan klubun baş məşqçisi Elxan Abdullayev bildirib ki komandaya cəlb olunan oyunçular arasında legionerlər çoxluq təşkil edəcək:

“5 əcnəbi futbolçu ilə yollarımızı ayırdıq. Eyni sayda da legioner gətirməyi düşünürük. Bunlardan birini artıq rəsmiləşdirmişik. Daha 4-5 oyunçu transfer edəcəyik. Ümumilikdə isə 7 futbolçu ilə heyəti gücləndirmək fikrindəyik. Yeni legionerlər həm Avropa, həm də Cənubi Amerika ölkələrindən olacaqlar.

“İnter”in üzvləri – Tərlan Quliyev, Ağabala Ramazanov, “Qarabağ”ın hücumçusu Reynaldo Silva, həmçinin “Trabzonspor”un forvardı Ramil Şeydayev kimi futbolçuların adı “Neftçi” ilə hallanır. Baş məşqçi bu məsələyə də aydınlıq gətirib:

” Biz təkcə Namiq Ələsgərovu heyətə qatmışıq. O, gənc və istedadlı futbolçudur. Ona oynamaq lazımdır. Düzdür, “Qarabağ”da az oynayırdı. Amma hər şey onun özündən asılıdır. Digər xəbərlərin hardan qaynaqlandığını bilmirəm. Həmişə demişəm ki, millinin üzvlərinə qapımız açıqdır. Ancaq bir şərtlə: həmin futbolçunun hər hansı klubla müqaviləsi olmasın və bizə azad agent kimi gəlsinlər”.

Elxan Abdullayev yenicə müqavilə bağladıqları braziliyalı Jonas Pessalinin klubdan getməsi səbəbinə də aydınlıq gətirdi:

“Düzdür, biz onunla müqavilə imzalamışdıq. Hər şey də normal idi. Pessali özü müraciət edərək, ayrılmaq istədiyini bildirdi. O, vətənində yüksək liqada çıxış edən klubdan yaxşı təklif aldığını söylədi. Biz də onu zorla saxlaya bilməzdik, başa düşdük və yollarımızı ayırdıq”.

 

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv