Baş nazir üçün iclasa qandal gətirildi

Müəllif: Redaktor

Editor

Ukraine's newly appointed Prime Minister Arseniy Yatsenyuk delivers a speech at the Ukrainan parliament on February 27, 2014. Ukraine's parliament on Thursday approved the nomination of pro-EU Arseniy Yatsenyuk as the crisis-hit country's new prime minister until presidential polls are held in May. Yatsenyuk was one of the most prominent leaders of the three-month anti-government protests that swept Ukraine, culminating in deadly violence last week that precipitated the ouster of president Viktor Yanukovych and the collapse of his entire government. AFP PHOTO/ SERGEI SUPINSKY (Photo credit should read SERGEI SUPINSKY/AFP/Getty Images)

Xəbər verdiyimiz kimi, bu gün Ukrayna Baş naziri Arseni Yatsenyuk Ali Radada Kabinetin fəaliyyəti barədə hesabatla çıxış edəcək. Bundan sonra deputatlar hökumətin işinin qənaətbəxş olub-olmaması barədə qiymətləndirmə aparmalı olacaqlar. Hətta hökumətin istefaya göndəriləcəyi də istisna edilmir.

Ukrayna “Müxalifət blokunun” deputatı Vadim Rabinoviç Ali Radanın iclasına Arseni Yatsenyuk üçün qandalla gəlib.

“Mən özümlə Yatsenyuk üçün lazımi olan atributu (qandal) götürmüşəm. Mən hesab edirəm ki, bu, hökumətin qiymətləndirilməsidir. Bu, mənim qiymətləndirməmdir. İnanın ki, bu qiymətləndirməyə milyonlarla ukraynalı qoşulur”, – deyə Rabinoviç bildirib.

Deputat qandalı Ukrayna Baş nazirinə onun hökuməti barədə hesabatından dərhal sonra taxmaq lazım olduğunu dilə gətirib: “Məsələ bu hökuməti istefaya göndərməkdə deyil. İstefaya göndərəcəyik, o isə (Yatsenyuku nəzərdə tutur – red.) oğurladıqları ilə birgə qaçacaq. Zalda Yatsenyuka bunu taxmalıyıq – bu, düzgün addım və düzgün qiymətləndirmə olacaq”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır