aliahmedovAzərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetində dərc olunmuş “Lider və onun ölkəsi” məqaləsində yer alıb.

Ə.Əhmədov qeyd edib ki, ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır:

“Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Bunun ən etibarlı təminatı Heydər Əliyevin ölkəmizdə yaşayan ideyaları və Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti, xalqına təmənnasız xidmət göstərmək arzu və bacarığıdır. Hər bir ölkə tarixi, keçmişi, mədəniyyəti, inkişaf göstəriciləri və əlbəttə, lideri ilə tanınır. Azərbaycan fəxr edir ki, onun lideri İlham Əliyevdir!”

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan yeni bir sıçrayışa hazırlaşır: “İnanıram ki, bu sıçrayış da Prezident İlham Əliyevin hazırladığı yeni iqtisadi islahatların təcəssümünə çevriləcək”.

Onun sözlərinə görə, islahatların yeni dalğasının əsas hədəfi ölkəmizdə inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə qaldırılmasından ibarətdir: “Prezident İlham Əliyevin yeni islahatlar strategiyasının mərkəzində duran vəzifələr sırasında iqtisadi liberallaşdırmanın yeni səviyyəyə yüksəldilməsi diqqəti xüsusilə cəlb edir. Söhbət sahibkarlığın inkişafı üçün əlavə təminatların verilməsi ilə yanaşı, liberallaşdırmanın bank-kredit sisteminə daha dərindən sirayət etməsindən gedir. Həyata keçirilən tədbirlər kompleksinin ölkəmizdə azad bazar iqtisadiyyatının bütün parametrləri üzrə qərarlaşmasını, deməli, iqtisadi inkişafa əlavə təminatı şərtləndirmiş olacaq”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."