www.sinerjipro.net

SinerjiProWide
Reklam

1440137349_maliyye-nazirliyi00Gəncədəki 3 saylı Regional Maliyyə Nəzarəti Xidmətinin rəhbəri Yaqub Verdiyevin yaxın çevrəsinin əhatəsində Azər Bayramov və Cavanşir Yusifov tərəfindən ciddi müdafiə olunduğunu tez-tez təkrarlaması göstərir ki, onun DMX 8 saylı regional maliyyə müfəttişliyinin rəisliyindən hazırkı vəzifəsinə transfer edilməsi təsadüf deyilmiş.

Dünyanın əksər ölkələrini cənginə almış maliyyə böhranı yavaş-yavaş ölkəmizə də öz mənfi təsirini göstərməyə başlayıb. Artıq bank sektorunda və iqtisadiyyatın bir çox sahələrində böhranın ilkin təzahürləri görünməkdədir.Yaranmış vəziyyətdə ölkə rəhbərliyi tərəfindən müvafiq qoruyucu tədbirlərin görülməsi barədə göstərişlər verilib.Bu baxımdan, Maliyyə Nazirliyinin üzərinə xüsusi məsuliyyət düşür. Söhbət indiki ağır böhran şəraitində dövlət büdcəsinin vəsaitlərinin xərclənməsinə nəzarətin gücləndirilməsindən gedir.

 

Təəssüf ki, aparılan nəzarət tədbirlərinin kosmetik xarakteri maliyyə nəzarəti qurumlarının fəaliyyətində daim nəzərə çarpıb. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti çox böyük səlahiyyətlərə malik mühüm bir qurumdur. Bu qurumun fəaliyyəti nəticəsində aşkar edilə biləcək mənimsəmə faktları nazirliyə belə mənimsəmələrə yol vermiş təşkilatlara qarşı ciddi tədbir görülməsi üçün ciddi əsas verir. Belə situasiyalarda gərəkli sanksiyalara və ciddi cəza tədbirlərinə rəvac verilməsi dövlət büdcəsini qənaət edilmiş milyonlarla manat vəsaitlə doldurmaq demək olardı. Təəssüf ki, bu gün Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyinin yoxlama və təftişləri oliqarxların maraq dairəsinə baş vurmaq gücündə deyil. Bunu 2015-ci ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsi üzrə tərtib olunmuş iş planına uyğun olaraq apardığı yoxlamaların nəticələrindən də görmək olar.Yoxlamalar Təhsil Nazirliyinin Aparatını, habelə Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsini, Azərbaycan Texnologiya Universitetini, 3 rayon üzrə təhsil şöbəsi və 1 internatı,Səhiyyə Nazirliyinin Qax Mərkəzi Rayon Xəstəxanasını, Gənclər və İdman Nazirliyinin Qobustan Rayon Gənclər və İdman İdarəsini əhatə edib.Bu qurumlarda dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi əsas təftiş predmeti olub.Bundan əlavə Meliorasiya və Su Təsərrüfatı ASC-də “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti, habelə dövlət büdcəsinin Ağstafa rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə Maliyyə Nazirliyinin Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin fəaliyyəti də yoxlanılıb. Dövlət Maliyyə Nəzarəti Xidmətinin yaydığı rəsmi məlumatda “aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün” müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına məktublar göndərildiyi, Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edildiyi” qeyd olunur.Bununla yanaşı aparılmış nəzarət tədbirləri nəticəsində artıq və əsassız ödənişlərin əsas hissəsinin (3099,43 min manat) təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edildiyi barədə məlumat diqqəti cəlb edir. Ümumilikdə, Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamalarla bağlı hesabatında diqqəti bir məqam cəlb edir. Yenə əvvəlki kimi xoşagəlməz “ənənələr” davam etdirilməkdədir.Baxın, büdcə yeyintilərinə görə cəzalandırılanlar əsasən kiçik ranqlı məmurlardır.Cəzaların isə əksəriyyəti cərimələrlə məhdudlaşıb. Açıq danışaq, yoxlama aparan maliyyə nəzarəti müfəttişlərini də başa düşməliyik. Necə olmasa, Təhsil Nazirliyində yoxlama apararkən Ceyhun Bayramovun maliyyə nazirinin müavini Azər Bayramovun doğma qardaşı olduğunu unutmamalıydılar.

 

Meliorasiya və Su Təsərrüfatı ASC-də “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti araşdırılarkən kimi ağır çəkili məmurun şaxələnmiş proteksiyası nəzərə alınmalıydı. Sağ olsunlar, deyəsən bu cür amillər nəzərə alınıb. Bu gedişlə büdcə yeyintilərinin əsl müqəssirləri çətin ki, cəzalandırılsın.Ötən yazılarda qeyd etdiyimiz kimi, bəzən bu cür yoxlamalardan dövlət maliyyə nəzarəti xidmətinin əməkdaşları da imkan düşdükcə sui-istifadə edirlər. Bununla bağlı 3 saylı Regional maliyyə nəzarəti müfəttişliyinin bir müddət öncə Goranboyda apardığı yoxlamalarda İbad və Samir adlı maliyyə müfəttişlərinin özbaşınalıqlarından bəhs etmişdik.Təəssüf ki, 3 saylı Regional maliyyə müfəttişliyinin rəisi Yaqub Verdiyev işçilərini cəzalandırmadı. Rəisin belə konkret faktlara qarşı biganəliyi də anlaşılmazdır.Ümumiyyətlə, son zamanlar Yaqub Verdiyevin rəhbərlik etdiyi idarə tərəfindən Gəncə, Şəmkir, Samux rayonlarında aparılmış yoxlamaların böyük əksəriyyətində büdcə yeyintilərinə qarşı aşkar liberalist yanaşma hiss olunur. Bu isə deməyə əsas verir ki, regiondakı dövlət maliyyə nəzarəti orqanlarının rəhbərliyi şəxsi marağını dövlət büdcəsinin xərclənməsinə nəzarət kimi məsuliyyətdən daha üstün tutmağa başlayıb. Bu səbəbdən düşünürük ki, qurumun fəaliyyətinin araşdırılmasına ehtiyac duyulur.Gəncədəki 3 saylı Regional Maliyyə Nəzarəti Xidmətinin rəhbəri Yaqub Verdiyevin yaxın çevrəsinin əhatəsində maliyyə nazirinin müavini Azər Bayramov və Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov tərəfindən ciddi müdafiə olunduğunu tez-tez təkrarlaması göstərir ki, onun DMX 8 saylı regional maliyyə müfəttişliyinin rəisi vəzifəsindən hazırkı vəzifəsinə transfer edilməsi təsadüf olmayıb.Məlumata görə, Yaqub Verdiyevin indi də Maliyyə Nazirliyində mühüm vəzifəyə tezliklə təyinat alacağı deyilir./“Gündəlik Bakı”

Qeyd edək ki, maliyyə naziri Samir Şərifovun adı baş nazirliyə iddialılar arasında hallanır. Baş nazirliyə iddialı nazirin öz nazirliyi daxilində gedən oyunlardan xəbərsiz olması sual doğurur.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."