Görüşdə Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Baş prokuror Zakir Qaralov Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbul fevralın 17-də saat 10:00-da Göyçay şəhər Prokurorluğunun inzibati binasında keçiriləcək. Görüşdə Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Göyçay şəhərinə gəlmələrinin təşkilini müvafiq rayon prokurorları həyata keçirəcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."