Baş redaktor həbs edildi

Müəllif: Baş Redaktor

Baş Redaktor

Tanınmış jurnalist, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib. Bu barədə jurnalistin həyat yoldaşı məlumat verib.

imageOnun sözlərinə görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus “Notebook”u götürüblər. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini açıqlamayıblar.

Fikrət Fərəməzoğlunun harada saxlanması və hansı ittihamla həbs edilməsi bəlli deyil.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır