!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Basabasda qalan “BakuBus” – Avtobuslar niyə gecikir?  

!Reklam – Yazi

“Gün ərzində, xüsusən səhər və axşam pik saatlarda “BakuBus” avtobuslarının intervallarında baş verən ləngimələrlə bağlı şirkətin “Qaynar xətt”inə sərnişinlərimiz tərəfindən haqlı olaraq müxtəlif müraciətlər daxil olur. Şikayətlər araşdırılarkən demək olar ki, hər bir halda avtobusun hərəkət trayektoriyasındakı mövcud vəziyyətin intervallarda ləngimələrə və avtobusların dəqiqələrcə qapıları bağlı halda yolun ortasında dayanmasına səbəb olduğu aşkar edilir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib. O, bildirib ki, xüsusilə dayanacaqlarda, metro stansiyalarının girişi və çıxışında taksi sürücülərinin yaratdığı maneələr avtobusların hərəkətini məhdudlaşdırır:

“Yolun hərəkət istiqamətində kortəbi şəkildə avtomobillərini park edən taksi sürücüləri “BakuBus” avtobusunun hərəkətini, dayanacaqdan çıxmasını konkret olaraq dayandırır. Hər gün onlarca və yüzlərcə bu kimi hal yaşanır. Təbbi ki, bu vəziyyət avtobuslarımızın əvvəlcədən təyin olunmuş qrafik üzrə hərəkətinə maneə yaradır və intervallarda ləngimələrə, bəzən də günün müxtəlif saatlarında sərnişin sıxlığının yaranmasına səbəb olur. İstənilən halda bütün yol hərəkəti iştirakçıları nəzərə almalıdır ki, avtobus yerüstü nəqliyyat vasitəsidir və hərəkəti məhdudlaşdıran bütün hallar avtobusların intervalına təsir göstərir”.

Elvin Paşazadə

www.yenicag.az

2213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv