Başçı təşvişdə: Nağaraxana nümayəndəsinə nə tapşırıb?

Müəllif: Redaktor

Editor

20160404-110041linkŞamaxının icra başçısı təşviş içərisindədir.

TİA.AZ-ı məlumatlandıran mötəbər qaynaq iddia edib ki, Asif Ağayev villalarının fotolarının yayımlanmasından həyəcanlanıb.

İcra başçısının rayonun Nağaraxan kəndində malikanələr tikdirməsi barədə son günlər ictimailəşən xəbərlər, habelə oğlunun “Leksus” markalı avtomobili sürməsi haqda yazılanlar A.Ağayevi narahat edib.

Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, cəbhə xəttində baş verənlərə baxmayaraq icra başçısının başı öz imarətlərinin tikintisinə qarışıb. Ölkənin və dünyanın gündəmində olan Qarabağ savaşı günlərində A.Ağayevin villalarının şəkillərinin yayılacağı təqdirdə icra başçısı üçün yaxşı perspektiv vəd etməz.

Məlumata görə, icra başçısı Nağaraxana kənd üzrə nümayəndəsi Abı Həsənovu yanına çağırıb. A.Ağayev ondan yazılara son qoyulmasını tələb edib. A.Həsənov kənddə keçirdiyi yığıncaqda icra başçısının göstərişini diqqətə çatdırıb. İcra hakiminin oğlunun 10 AA 800 dövlət nömrə nişanlı “Leksus” markalı avtomobil istifadə etməsi də əndişələndirib.

Mənbə qeyd edib ki, artıq Nağaraxana kənd sakinləri Prezident Administrasiyasına müraciət ünvanlayıb. Müraciətdə icra başçısının hansı vəsait hesabına villalar tikdirməsinin araşdırılması istənilib. Həmçinin, həmin villa və oğluna aid maşının fotolarının yaxın günlərdə TİA.AZ-a təqdim olunacağı bildirilib.

Xatırladaq ki, Asif Ağayev rayonun Nağaraxana kəndində özünə dəbdəbəli saray tikdirir. Prezident İlham Əliyev məmurları dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa dəvət etsə də, A.Ağayev dövlət başçısının sözlərinə əhəmiyyət verməyib.

Rayonda imarətlərinin sayını artırmaqdan gözü doymayan icra hakiminin növbəti villası Nağaraxana kəndində ucaldılacaq. A.Ağayev ictimaiyyət qarşısında özünü sakit təbiətli biri kimi təqdim etməyə çalışsa da, onun arxada hansı işlər çevirdiyi bir-bir de-şifrə olunur. Nağaraxana kənd sakinlərinin problemləri ilə maraqlanmayan, onların dərdinə şərik çıxmayan icra başçısı bu kənddə özünə villa tikdirməyə imkan tapa bilib.

Dövlət məmuru kimi min manatdan çox maaş almayan A.Ağayevin hansı vəsaitlə villa tikdirməsi qaranlıq deyil. Şamaxıdakı biznesi və büdcə pullarının mənimsənilməsi dövlət məmurunun oliqarx həyat tərzi yaşamasına şərait yaradıb.Bundan başqa, oğluna 150 min manata lüks maşın, aşpazına vəzifə və geniş imkanlar yaradan icra hakiminin Nağaraxana kəndində bu günə kimi çoxlu özbaşınalıqları olub.

Belə ki, rayonun “Kirovka” – indiki Nağaraxana kəndinin inzibati ərazisinə düşən və “Nənə bulağı” kimi məşhur olan yeganə təmiz içməli su mənbəyi (meşə zolağı da daxil olmaqla, qədim qəbiristanlıq, göl və s.) üst-üstə 100 hektar torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilib.
Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib.

Kənd çamaatına özünün təhkimili təəbələri kimi baxan icra nümayəndəsi Nağaraxananın bütövlükdə işğal edib. Şikayətçilər iddia edir ki, A. Həsənov illərlə kəndin pay torpaqlarını ələ keçirib. Bu zaman A. Həsənov muxtəlif vasitələrdən istifadə edib. Bəzi kənd sakinlərini pulla şirnikləndirib, bəzilərini isə savadsızlığından bəhrələnib. Nəticə də adi icra nümayəndəsi Nağaraxana kimi səfalı və Bakıda olan oliqarxların belə tamah saldığı bir kənddən hektarlarla belə torpaqlara sahib olub.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır