107981_res_01Batumidə “Əli və Nino” heykəllərini yenidən birləşdirdilər, amma məşhur hərəkət edən heykəl bərpa olunub.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Batumi bulvarı administrasiyasının direktoru Georgi Zirakaşvili avqustun 31-də bildirib.

“Əli və Nino” heykəlləri son illərdə Batuminin vizit kartına çevrilib. Heykəlin zədələnməsi xəbəri Gürcüstan sosial şəbəkələrində partlayış yaradıb.

Şəbəkədə abidəyə Batumi bulvarının 20 metr daxilinə aparılan zaman trosunun qırılması nəticəsində zərər dəydiyi bildirilsə də, sosial şəbəkə istifadəçiləri bunun bilərəkdən edildiyini deyirlər.

“Heykəllər quraşdırılıb və bu gün səhərdən sınaqdan keçirilir. Bu, hər şeyin düzgün funksiya göstərdiyini yoxlamaq üçün adi diaqnostikadır. Biz sınağın başa çatmasını gözləyirik. Ola bilər ki, hər şey tamamilə sabah günortaya başa çatsın”, – G.Zirakaşvili “Novosti Qruziya”nın müxbirinə bildirib.

G. Zirakaşvili onu da bildirib ki, demontajı 185 min lari məbləğində (79 min dollara yaxın) tenderi qazanan “Arnabi 21” şirkəti həyata keçirir: ” Demontaj zamanı “Nino”nun heykəlinə dəyən zərəri şirkət ödəyib”.

“Əli və Nino” heykəlini köçürmək barədə qərar bir neçə ay öncə təməlinin sudan korlandığı aşkar edildikdə qəbul edilib. İndi heykəl dəniz sahilindən 50 metr uzaqlıqdadır.

Məhəbbət heykəli adlanan “Əli və Nino” heykəlini 2011-ci ildə Batumi bulvarının başlanğıcında quraşdırıblar. Turistlər tərəfindən sevilən heykəlin müəllifi Tamar Kvesitadzedir.

Heykəlin yaradılmasında gürcü heykəltəraşının ilham mənbəyi Qurban Səidin azərbaycanlı oğlanın gürcü qızına məhəbbətini tərənnüm edən əsəri olub.

Yeddi metrlik heykəllər yalnız öz tarix və ölçüləri ilə yadda qalmırlar. Hər axşam hər 10 dəqiqədə vəziyyətlərini dəyişərək və birləşənə qədər bir-birinə qarşı irəliləyən heykəllər bundan sonra, geri qayıdır və yenidən birləşirlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."