www.sinerjipro.net

SinerjiProWide
Reklam

11303Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunda Batumidəki Azərbaycan İcmasının nümayəndələri ilə görüş kecirilib.

AzNews.az xəbər verir ki, Azərbaycanın Batmidəki baş konsulu Rəşad İsmayılov çıxış edərək son günlər Ermənistanın təxribatı nəticəsində qoşunların təmas xəttində baş vermiş hadisələrdən söhbət açıb .Baş konsulun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atıb.

Gürcüstanda yaşayan azərbaycanlıların dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu bildirən Rəşad İsmayılov diasporun daha fəal olması üçün Azərbaycan dövlətinin lazım olan bütün dəstəyi verdiyini və bundan sonra da verəcəyini bildirib.

Sonra, Acariya Gürcü-Azərbaycan Xeyriyyə Cəmiyyətinin-nin sədri Vidadi Axundov cixiş etmiş, Azərbaycanın Batumidəki İcmasının nümayəndələrinin bu görüşü yüksək qiymətləndirdiyini və azərbaycançılıq naminə bundan sonra da fəal mübarizə aparacaqlarını bildiriblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 94
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."