!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baxçalı CHP-ni yerdən-yerə vurdu: “Separatçılarla, terrorçularla bir sıradasınız”

!Reklam – Yazi

MHP lideri Dövlət Baxçalı partiyasının referendumla bağlı mövqeyini tənqid edən CHP-nin cavabını sərt ifadələrlə verdi.

Yeniçağ.Az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı təşkilatın parlament qrupu toplantısındakı çıxışında əsas diqqəti bu il aprelin 16-da keçiriləcək Konstitusiya referendumuna yönəldib.

Baxçalı MHP-nin referendumla bağlı mövqeyini “proqnozlaşdıran” Cümhuriyyət Xalq Partiyası (CHP) təmsilçilərinin ünvanına kəskin fikirlər səsləndirib: “Sizlərin bu millətə, dövlətə nə xeyriniz dəyib ki, indi də “Xeyr” kampaniyası aparırsınız? Öz işinizdir, aparın. Ancaq bir çox CHP-lilər, onların yanında olan yazarlar işlərini-güclərini buraxıb, MHP-lilərin referendumla bağlı mövqeyini “dəyərləndirirlər”. Kimsiniz siz? Separatçılarla, terrorçularla bir sırada dayanıb bizim nə mövqe tutacağımıza qərar vermək sizin həddinizdirmi? Təəccüblü deyil: qurdlu noxudun kor alıcısı olar. Biz “Bəli” deyirik və bu mövqeyimiz də qətidir”.

Yeniçağ.Az

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv