!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bayırbucaqda insanlıq faciəsi bu an da davam edir” – Rüfət Muradlı

!Reklam – Yazi

610x380xrufat.jpg.pagespeed.ic.yRBybDs_RRÜmid Partiyasının sədr müavini Rüfət Muradlı Suriyada türkmənlərin qətliamına səssiz qalan Türk Cumhuriyyətlərinə çağırış edib.

O, öz FB səhifəsində keçən il Kərkükdəki olaylarla bağlı müraciətini yayaraq belə müraciət edib :

“Keçən il etmişdim bu çağırışı. İŞİD-in hücumları Kərkükdəki soydaşlarımızı hədəf alanda. Bu gün isə Suriya bombalanır. Özü də İŞİD yox, rus aviasiyası tərəfindən. Bu dəfə Əsədin müttəfiqi sayılan Rusiya İŞİD mövqelərini hədəf alır, amma yenə qurban gedən soydaşlarımızdır. Son günlər türkmənlərin sıx yaşadığı Yamadi, Salur və Ceptoros bölgələri rus qırıcılarının ağır borbardmanı nəticəsində xəritədən silinib, əhali isə Türkiyə sərhədinə üz tutub. Türkmən soydaşlarımızın yaşadığı digər ərazilər də bu hücumlardan amanda qalmayıb və bu insanlıq faciəsi bu an da davam edir. Heç olmasa Türk Cumhuriyyətləri Rusiyanın mülki əhalini hədəf alan bu aqressiyasına səssiz qalmasınlar. Çox yox, azacıq cəsarət yetər”.

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv