“Bayrağınla yüksəl Azərbaycan!”

Müəllif: Baş Redaktor

Baş Redaktor

bayraqqqqAzərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfində maliyələşən layihənin müəllifi Tibb Universitetinin tələbəsi Aytən Yusifzadədir.

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Yuxarıda saladalan amilləri nəzərə alaraq təklif olunan layihədə qeyd olunur ki, ölkəmizdə, xüsusən də gənclər arasında bayrağımıza qarşı laqeyidlik hiss edilir. Layihədə bu problemin aradan qaldırılmasının və bayrağımızın milli dəyərini onlar arasında aşılanmasının vacibliyi qeyd olunur.

Layihə paytaxt və region gənclərinin arasında Azərbaycan dövlətinin suverenliyi rəmzi olan BAYRAĞIMIZIN gənclər arasında təbliğini nəzərdə tutur. Layihə çərçivəsində hazırlanacaq VİDEOROLİK vasitəsilə gənclər daha ətraflı məlumat bazasına malik olacaqlar. Videorolikdə bayrağımız haqqında gənclər üçün maraqlı məqamlara toxunulacaq. Bu gənclərin pis vərdişlərdən uzaqlaşmaları üçün stimul olacaq. Videorolik özəlliyi ondan ibarətdir ki, burada ölkənin tanınmış simaları gənclərə bayrağımızla bağlı müraciət ünvalayacaqlar.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır