!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərinin hava proqnozu açıqlanıb

!Reklam – Yazi

Azərbaycanda iki gün ərzində – 26-27 iyun tarixlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında вəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir. Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütutuna yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti təşkil edəcək.

İyunun 27-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 26-da əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

İyunun 27-də isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Yenicag.az

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv