Bayram namazının vaxtı açıqlandı

Müəllif: Redaktor

Editor

5192b-namaz-camahatBayram namazı sentyabrın 24-də səhər saat 09:00-da Bakının “Təzə Pir” məscidində qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, Qurban bayramı namazı qılmaq istəyən möminlər üçün hər cür şərait yaradılacaq və namaz digər məscidlərdə də eyni vaxtda qılınacaq. Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki müqəddəs bayramdan biridir.

Yəni İslama görə, ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun da biri Qurban bayramıdır. Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan Bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvan ətinin üç də bir hissəsi ev yiyəsində qalmaq şərti ilə, qalanı yoxsullara paylanılır. Lakin Qurban bayramının vaciblik dərəcəsi heç də bununla bitmir. Yəni bu bayramın mahiyyəti, sadəcə, Allah yolunda heyvan kəsmək deyil.

Qurban Bayramı Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur(orctv).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir