!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayramla əlaqədar rayon marşrutlarına əlavə avtobus çıxarılacaq

!Reklam – Yazi

avtovogzalBayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib.

Yeniçağ.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının yaranmaması üçün kompleksə əlavə nəqliyyat vasitələri cəlb edilib:

“Dekabrın 25-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Artıq sərnişinlərin sayında əhəmiyyətli dərəcədə artım var. Dekabrın 29-dan sərnişinlərin sayı adi vaxtlarla müqayisədə 2 dəfə artıb. Əgər adi günlərdə gün ərzində 300-ə qədər nəqliyyat vasitəsi ilə 7 min 500 sərnişin yola salınırdısa, dekabrın 29-da 500-dən artıq nəqliyyat vasitəsilə 13 min nəfərdən çox sərnişin yola salınıb. Gücləndirilmiş iş rejiminə keçəndən sonra marşrutlara 200-dən artıq əlavə nəqliyyat vasitəsi cəlb etmişik. Dekabrın 30-31-də sərnişinlərin sayında artım gözləndiyi üçün bu günlərdə yenidən əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi gözlənilir. Çünki həmin günlərdə gün ərzində 16-18 min nəfər sərnişinin daşınması nəzərdə tutulur”.

M.Abdullayev qeyd edib ki, təmsil etdiyi qurum yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Yeniçağ.Az

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv