!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bazarda partlayış törədilib: ölənlər var

!Reklam – Yazi

Pakistanın Kurram vilayətində tərəvəz bazarında partlayış törədilib.

APA-nın “Dawn” nəşrinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 12 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Pakistan Ordusunun mətbuat xidməti isə 6 nəfərin həlak olduğunu, 20 nəfərin yaralandığını açıqlayıb.

Hadisə Paraçinar şəhərində bu gün səhər saatlarında baş verib. Partlayışın əldəqayırma qurğu ilə törədildiyi bildirilir.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Yenicag.az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv