!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bazarstore” bir-bir bağlanır

!Reklam – Yazi

Mingəçevir şəhərindəki “Bazarstore” filialının da fəaliyyətini dayandırdığı bildirilir. “Marja”nın əldə etdiyi məlumata görə, filial Mayın 15-dən bağlanıb.

Digər bir məlumata görə, Mingəçevirdə “Bazarstore” şöbəsinin bağlanması supermarketin yerinin əlverişsiz olması ilə bağlıdır. Daha yaxşı yer müəyyən edildikdən sonra şəbəkə nur şəhərində fəaliyyətini bərpa edə bilər.

Bundan əvvəl, Xaçmaz şəhərindəki “Bazarstore” filialı fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, Mingəçevirdə “Bazarstore” 29 May 2015-ci il tarixində istifdəyə verilmişdi.

Mingəşevirdə “Bazarstore”un bağlanmasından sonra şəbəkənin şöbələrinin sayı 23-ə düşüb.

Qeyd edək ki, 17 May 2017-ci il tarixində Abşeron rayonu, Şamaxı şossesi, Hökməli dairəsi yaxınlığında “Xırdalan Bazarstore” istifadəyə verilmişdir. Artıq bu şöbənin də yerinin əlverişsiz olduğu bildirilir.

Yenicag.az

www.yenicag.az

1561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv