BDM-nin təşkilatçılığı ilə konfrans keçirilib-Foto

Müəllif: Redaktor

Editor

12188972_10206064551707756_4756017686292825527_nBeynəlxalq Diaspor Mərkəzi (BDM), “Safadi” adına Beynəlxalq Diplomatiya Akademiyası və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Avropanın Azərbaycana ikili standart siyasəti israilli ekspertlərin gözü ilə” mövzusunda konfrans keçirilib. Konfransda Türkiyə, Gürcüstan, Rusiya, İsrail və başqa ölkələrdən gələn qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev çıxışında bildirib ki, “Biz Beynəlxalq Diaspor Mərkəzi olaraq dəfələrlə Avropanın ölkəmizə qarşı ikili standartlarla yanaşmasına, qərəzli qətnamələr qəbul etməsinə etiraz olaraq həm ölkədə, həm də ölkədən kənarda müxtəlif aksiyalar, konfranslar keçirmişik. Təəssüflər olsun ki, özünü “ədalət carçısı” adlandıran və insan haqlarını müdafiə etdiyini bildirən Avropa Azərbaycan xalqına edilən haqsızlıqlara göz yumur. Azərbaycanın lehinə qəbul olunan qətnamələrin yerinə yetirilməsinə mane olur. Azərbaycanın torpaqları işğal olunanda, Qərbi Azərbaycandan, öz ata-baba yurdlarından azərbaycanlılar deportasiya ediləndə, Xocalıda ermənilər soyqırım törədəndə “ədalət carçısı”, “insan haqları müdafiəçisi” olan Avropa nəyə görə səsini çıxarmadı?”. İsrailin “Safadi” adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri Mendi Safadi öz çıxışında İsrailin daim Azərbaycanı dəstəklədiyini, Avropanın Azərbaycanın daxili işlərinə qarışmağa haqqı olmadığını, Azərbaycanın tolerant və demoktarik bir dövlət olduğunu bildirib. O həmçinin qeyd edib ki, “Mən gələn həftə Amerikada beynəlxalq konfransda çıxışımda bu mövzuya geniş yer ayıracağam.” Konfransda iştirak edən Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksəl Gülbəy öz çıxışında bildirib ki, “Hal-hazırda Avropa tərəfindən Azərbaycana qarşı gözlə görüləcək dərəcədə təziq var. Qəbul etdikləri hər qətnamə və qərarda Azərbaycanı gözdən salmağa çalışırlar. Lakin biz qardaş ölkə olaraq daim Azərbaycanın yanındayıq və onlara Azərbaycanı əzmələrinə izin verməyəcəyik”. Daha sonra çıxış edən Milli Məclis Aparatının Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev bildirib ki, “Biz müasir, sivil və demoktarik dövlət olduğumuzu hər zaman bütün dünyaya bəyan edirik. Lakin Avropa hər kiçik məsələyə görə Azərbaycana qarşı qərəzli çıxışlar edir, qətnamələr qəbul edir. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi artıq iflasa uğrayıb.” Tədbirdə həmçinin çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri,akademik Natiq Bədəlov, Beynəlxalq İnsan Hüquqları Komitəsinin inspektoru, ekspert Firdovsi Ələkbərov, İsrail Hərbi Əlillərin Qeyri-Yəhudi Sektorunun sədri Samir Masalha, Gürcüstan- Azərbaycan Dostluq Evinin rəhbəri Georgi İvenaşvili, BDM-in Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri Aleksandr Şapiro Suliman, “Əlil Sahibkarlar Təşkilatı” İB-nin sədri Mirzə Məmmədvəliyev də öz çıxışlarında Avropanın daim Azərbaycana qarşı birbaşa qərəzli mövqe tutduğunu və ədalətsizlik etdiyini bildiriblər. Sonda bir qrup şəxs fəxri diplom və hədiyyələrlə təltif edilib.

 

BDM mətbuat xidməti



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır