BDU-da aztəminatlı tələbələrlə görüş keçirildi

Müəllif: Redaktor

Editor

ededc86e-517c-425f-9743-bad2328979f8Bakı Dövlət Universitetidə aztəminatlı ailələrdən olan tələbələrə yardımlar edildi.

Bu gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılğı ilə az təminatlı ailələrdən olan bir qrup tələbələrlə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) sədri Daşqın Qənbərov tələbələri salamlayaraq THİK-in fəaliyyəti haqqında tələbələrə ümumi məlumat verdi. Görüşün mahiyyətinə uyğun olaraq sədr ümumi məlumatdan sonra tələbə həmkarlar təşkilatının sosial yönümlü fəaliyyəti haqqında geniş, əhatəli bir nitq söylədi. Sədr az təminatlı ailələrdən olan tələbələri bu imkanlardan, bu maddi dəstəydən yararlanmağa dəvət etdi. D.Qənbərov THİK-in sosial yönümlü fəaliyyətindən bəhs edərək bildirdi ki, təşkliat hər ay 30 tələbəyə təqaüd həcmində maddi yardım, 30 tələbəyə gündəlik pulsuz nahar yeməkləri, xüsusi təqaüdlər və s. maddi köməkliklər göstərir.

Sonra çıxış edən BDU THİK-i Sosial məsələlər komissiyasının sədri E.Qarayev bildirdi ki, hazırkı görüşdə iştirak edən az təminatlı ailələrdən olan tələbələr fakültə büroları tərəfindən araşdırılıb və müəyyənləşdirilib.

Daha sonra tələbələrin xahişləri və təklifləri dinlənildi, sualları cavablandırıldı.
Görüşün sonunda 40 nəfər tələbəyə 70 manat həcmində maddi yardım verildi, 15 nəfər tələbənin isə adı pulsuz nahar yemekləri ilə təmin olunması üçün mövcud siyahıya əlavə olundu.

BDU THİK İctimaiyyətlə əlaqələr departamenti


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir