BDU-da “Gənclər zərərli vərdişlər”ə qarşı-Foto

Müəllif: Redaktor

Editor

bad4f5cf-dc4a-44fe-9447-c2bf985cfcdaBakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümumidünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar “Gənclər zərərli vərdişlərə qarşı” mövzusunda tədbir keçirilib.
Tədbirdə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr- müavini Eltac Cəbiyev, Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədr-müavini Xanım Səfərova, 1 nömrəli Tibb Texnikomunun Anatomiya kafedrasının müdiri Mənsurə Səttarova, Qızıl Aypara Cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Şahin Hüseynov, Azərbaycan Dövlət Televizyasının əməkdaşı Nuran Gündüzoğlu, BDU Jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlü iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU THİK-in sədr müavini Eltac Cəbiyev universitetdə bu tip mövzularda keçirilən tədbir və layihələr haqqında məlumatlandırıb, BDU tələbələrini zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

1 nömrəli Tibb Texnikomunun Anatomiya kafedrasının müdiri Mənsurə Səttarova QİÇS-in coğrafi yayılması, yayılma səbəbləri, QİÇS xəstəliklərinin əlamətləri , qarşısının alınmasının yolları haqqında tələbələri məlumatlandırıb. Daha sonra söz Nuran Gündüzoğluna verilib. O, “Gənclər zərərli vərdişlərə qarşı” mövzusunda təqdimatla çıxış edib. Çıxışında zərəli vərdişlərdən gənclərin qorunmasının əsas qüvvənin özləri olduqlarını bildirib.

Qızıl Aypara Cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Şahin Hüseynov zərərli vərdişlərdən və xəstəliklərdən qorunmanın yolları haqqında məlumat verib. O, eyni zamanda Qızıl Aypara Cəmiyyətinin bu mövzularda təşkil etdiyi beynəlxalq tədbirlər haqqında məlumatlrı tələbələrin nəzərinə çatdırıb.

BDU Jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlü Azərbaycanda QİÇS-ə qarşı mübarizə haqqında danışıb və gəncləri bu xəstəliklərə və zərərli vərdişlərə birgə mübarizə aparmağa çağırıb.

BDU THİK İctimaiyyətlə əlaqələr departamenti.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir