!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU intellektualları mükafatlandırıldı – Fotolar

!Reklam – Yazi

2af7232f-bd3d-403f-8c63-d73f69a09fc9Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “InClub”un təşkil etdiyi intellektual yarışmanın qalibləri müküfatlandırılıb.

Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov, “InClub”un idarə heyəti və rəhbəri Nəcməddin Sofıyev, komandalar iştirak edib. Daşqın Qənbərov intellektual yarışmaların keçirilməsini THİK-in qarşısında duran mühüm vəzifələrdən biri olduğunu bildirib. Onun fikrincə, bu tip yarışmalar mütəmadi keçirilməli və tələbələri intellekt şousuna cəlb etməlidir.

Nəcməddin Sofıyev qalib komandaları təbrik edərək gələcək planlardan danışıb. O qeyd edib ki, “InClub”ın təşkil etdiyi intellekt marafonuna azərbaycan bölməsi üzrə 32, rus bölməsi üzrə isə 16 komanda qoşulub.

Nəticələrə əsasən, azərbaycan bölməsi üzrə 1-ci yeri “X-12”, 2-ci yeri “Griffindor”, 3-cü yeri isə “Edemma” komandaları qazanıb. Rus bölməsi üzrə 1-ci yerdə “EcoFack”, 2-ci yerdə “Elita”, 3-cü yerdə isə “Geofaktorial” komandaları qərarlaşıb.
Sonda qaliblərə diplom, medallar və dəyərli hədiyyələr təqdim olunub.

BDU THİK İctimaiyyətlə əlaqələr departamenti

www.yenicag.az

947
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv