www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamedBakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq həyata keçirdiyi 1-ci kurs tələbələri ilə görüşlərinə start verib.

Keçirilən görüşə əsasən universitetin Filologiya fakültəsinin tələbələri qatılıb. Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov, THİK-nin sədr müavini və fakultə ilk təşkilatlarının sədrləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov son illərdə ölkədə həyata keçirilən quruculuq işləri, universitetdə tələbələr üçün təqdim olunan yeni texnoloji avadanlıqlar barədə tələbələrə ətraflı məlumat verib. O, universitetdə olan tədris prosesi, daxili nizam-intizam qaydaları haqqında məlumat verərək, hər bir tələbəni bütün məsələlərdə diqqətli olmağa səsləyib.

Qənbərov tələbələr üçün təşkil etdiyi tədqiqat klubları (“İT Klub”, “Psixologiya Klubu”, “Hüquq Klubu”, “Fəlsəfə Klubu”, “Gənc Reportyorlar Klubu”, “Gənc Coğrafiyaçılar Diskussiya Klubu”) barədə məlumat verib .
Filologiya fakültəsi THT-nin sədri Elvir Qarayev çıxış edərək fakültədə həyata keçirilən layihələrdən söz açıb.

Sonda tədbir müzakirə ilə yekunlaşıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 110
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."