!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bədən dili konfransı keçirildi

!Reklam – Yazi

Azərbaycan Dövlət Aqrar Universitetində Şəhid pilot Təbriz Musazadə adına Təhsil və İncəsənət Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə konfrans keçirilib. 

Yenicag.az xəbər verir ki, universitetin magistratura mərkəzinin direktoru açılış nitqiylə çıxış edərək, Bakıdan gələn qonaqlara universitetin tarixi haqqında məlumat verib. Daha sonra mərkəzin təsisçi direktoru Pərişan Musazadə həyat yoldaşının adını daşıyan mərkəzin yaranması, fəaliyyəti, məqsədləri haqqında məlumat verib və göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

received_10211485653689744

Sonra isə Elçin Süleymanovun geniş məruzəsi ilə “Müasir Psixologiyada Bədən Dilinin əsas Elementar Prinsipləri” mövzusunda konfrans baş tutub. Süleymanov müasir psixologiyada bədən dilinin yeni bir sahə olduğundan bəhs edib, təhsil sistemimizdə hələ ki yer almadığını vurğulayıb. Natiq bədən hərəkətləri, əl-qol hərəkətləri, jestlər, mimika, göz kontaktı, iş həyatında və günlük həyatda onların yeri və rolu, diplomatik etiketdə bədən dilinin əsas funksiyaları haqqında 3 saatlıq geniş məruzə ilə çıxış edərək, konfrans iştirakçılarını məlumatlandırıb.
Konfrans sonunda universitet şəhərciyi, muzeylər, istixana və zoologiya fakültəsinin laboratoriyasını ziyarət edən nümayəndə heyəti universitetin bütün şəraitindən razı qaldığını bildirib.
Sonda Təbriz Musazadənin adını daşıyan mərkəz iştirakçıları sertifikatla təltif olunublar.

Yenicag.az

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv