BƏƏ öz vətəndaşlarını Türkiyəyə getməkdən imtina etməyə çağırıb

Müəllif: resul

Editor

oaeBirləşmiş Ərəb Əmirlikləri öz vətəndaşlarını Türkiyəyə səfərə getməkdən imtina etməyə, əvvəldən planlaşdırılmış səfərləri isə “növbəti xəbərdarlığa qədər” təxirə salmağa çağırıb.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə ərəb ölkəsinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər qətlə yetirilib. Ölənlər arasında bir Azərbaycan əsilli Rusiya vətəndaşı da olub.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır