Belə baş daşı görməmisiniz-Fotolar

Belə baş daşı görməmisiniz-Fotolar

Müəllif: Baş Redaktor

Baş Redaktor

80307Övladlarının vəfasızlığı səbəbindən onları mirasından məhrum edən ata qeyri-adi baş daşı ilə onlara mesaj verib.

Maraqlı hadisə İspaniyanın Avila şəhərində baş verib. Orta barmağı irəliyə uzadılmış əldən ibarət baş daşını görmək üçün hər gün yüzlərlə insan bu məzarlığı ziyarət edir. Qəbristanlığa gedənlərin çoxluğu səbəbindən Avila bələdiyyəsi ziyarətlərə məhdudiyyət qoyub.

Hiddətli ata “barmaq” işarəsi ilə yanaşı baş daşına mesaj da yazdırıb: “Kiminiz çiçəklər gətirərək, kiminiz də dualar edərək məni ziyarət edəcəksiniz. Amma səfəriniz burda başa çatacaq. Sizi yanıma gözləyirəm”.

Qəribə baş daşının götürülməsini istəyənlər olsa da qəbristan rəhbərliyi bunun, mərhumun vəsiyyəti olduğunu deyib.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti