!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Belarus Ali Məhkəməsi Lapşinin şikayətini rədd edib

!Reklam – Yazi

Belarus Ali Məhkəməsi bloqger Aleksandr Lapşının Azərbaycana ekstradisiyası ilə bağlı məsələyə baxıb.

APA-nın “sputnik.by” saytına istinadən verdiyi xəbərə görə, məhkəmə A. Lapşının şikayətini təmin etməyib. Ali Məhkəmənin yarım saat davam edən iclasına A. Lapşın qatılmayıb. İclasın qərar elan olunan hissəsində onun şikayətinin rədd edildiyi açıqlanıb.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib.

Yeniçağ.az

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv