!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Belarus “Qazprom”a 700 milyon dollar ödəyəcək

!Reklam – Yazi

Yeniçağ.az Tass agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç məlumat yayıb. Onun sözlərinə görə, bir sıra sənədlərdə dəyişiklik edildikdən sonra borc geri ödəniləcək:

“Neft və qaz sahəsində qarşılıqlı münasibətlərə dair hökumətlərarası sənədlərin bəzilərində dəyişiklik ediləcək. Bundan sonra Belarus “Qazprom”a, daha doğrusu, “Qazprom”un törəməsi olan “Belarustransqaz”a borcunu ödəyəcək və biz 24 milyon ton həcmində neft tədarükünü bərpa edəcəyik”.

Qeyd edək ki, Rusiyadan Belarusa neft tədarükü artıq aprel ayında başlaya bilər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra iki ölkə arasında neft-qaz mübahisələrinin həll edildiyini açıqlayıb.
İki ölkə arasında sözügedən mübahisə 2016-cı ilin əvvəllərindən başlayıb. Bu zamana qədər Belarus qaza görə borcu olduğunu qəbul etməyib.

Yeniçağ.az

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv