!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Belarus səfiri: “Ermənistanı Qarabağda tək qoymayacağıq”

!Reklam – Yazi

112244_res_01“Ermənistan Qarabağ münaqişəsində tək qalmayacaq. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə tərəfdaşlarının, dostlarının və qardaşlarının əhatəsindədir”.

Bu barədə erməni KİV-nə müsahibəsində Belarusun Ermənistandakı səfəri İqor Nazaruk bildirib.

Səfirin sözlərinə görə, Belarus postsovet məkanında olan ölkə Ermənistanın necə əziyyət çəkdiyini və bu əzabın davam etdiyini yaxşı anlayır: “Bu əzab-əziyyətlər heç bir halda davam etməməlidir. Bizim prezident və hökumətimiz bu münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər. Atəşkəs rejiminin pozulması ilə əlaqədar təssüflənməkdən başqa heç nə deyə bilmərəm. Belarus tərəfinin rəsmi mövqeyi həmişə bundan ibarət olub ki, bu münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olmalıdır”.

Belarus səfiri müsahibəsində jurnalistin KTMT-nın cəbhədə baş verən son gərginliklərə reaksiya verib-verməyəcəyinə dair sualını da cavablandırıb: “Ötən həftə “Baqramyan” poliqonu da daxil olmaqla, Ermənistan ərazisində KTMT xətti üzrə təlimlər keçirildi. Təlimlərdə Ermənistan, Rusiya, Belarus və təşkilata üzv digər ölkələrin hərbçiləri iştirak edib. Təbii ki, bu növ təlimlərə qonşu ölkələr maksimum diqqət ayırırlar. Bu, Ermənistanın Qarabağ münaqişəsində tək qalmayacağına dair aydın siqnal idi. O öz tərəfdarlarının, dostlarının, mən deyərdim ki, qardaşlarının əhatəsindədir. Əgər sadə danışsaq, bu təcavüzün kollektiv müdafiə ilə qarşılaşacağına dair bütün dünyaya bir mesaj idi”(azvision).

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv