Belçika Türk Assosiasiyasının binası qarşısında partlayıcı qurğu zərərsizləşdirilib

Belçika Türk Assosiasiyasının binası qarşısında partlayıcı qurğu zərərsizləşdirilib

Müəllif: resul

Editor

belcikaBelçikanın paytaxtı Brüsseldə partlayıcı qurğu zərərsizləşdirilib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, polisə Belçika Türk Assosiasiyasının binası qarşısında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumat daxil olub.

Məlumata görə, müvafiq təxliyə tədbirlərindən sonra əldəqayırma partlayıcı qurğu yerindəcə zərərsizləşdirilib. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Brüssel polisi faktla bağlı araşdırmalara başlayıb.

Yenicag.az

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti