Belə Azərbaycan gözəli olar? – Qalmaqal- Fotolar

Müəllif: Baş Redaktor

Baş Redaktor

miss_726347_01“Miss Azerbaijan – 2016” Milli Gözəllik müsabiqəsinin ilk seçim turuna qatılan xanımlar sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, növbəti mərhələyə keçən 24 iştirakçının fotoları sosial şəbəkələrdə paylaşılıb və müzakirə mövzusuna çevrilib. Özəlliklə də xanım istifadəçilər “Miss Azerbaijan – 2016”nın namizədlərini tənqid edib:

“Bunların əksəriyyəti pensiyaçıdır. Bunlardan “Miss Azərbaycan” olmaz, yaxşısı budur ki, “Piss Azərbaycan” yarışması keçirin. Azərbaycanın gözəl qızlarının yanında bunlar heç kəsdir”.

Məsələyə aydınlıq gətirmək üçün müsabiqənin təsisçisi və təşkilatçısı Anelya Orduxanova ilə əlaqə saxladıq.

Təşkilatçı həmin paylaşılan fotolardakı qızların yarımfinal iştirakçıları olduğunu təsdiqləyib:

“Müsabiqənin rəsmi saytında yerləşdirilən fotolar yarım finala keçənlərdir. Şəkil elə bir şeydir ki, gözəl qızı eybəcər kimi göstərə bilər. Onlar fotolarda heç bir poza verməyib, makiyajdan istifadə etməyiblər. Bu fotosessiya deyil, bir anda çəkilən fotolardı… Başa düşmürəm bu qədər hay-küy nəyə lazımdır? Camaatın işi-gücü yoxdur? Hələ kastinqlərimiz davam edir. Biz bir neçə mərhələdən sonra 16 finalçını müəyyənləşdirəcəyik”.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır