!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bələdçi – danışan tarix” adlı layihənin icrası başa çatıb – Fotolar

!Reklam – Yazi

“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdçi – danışan tarix” adlı layihənin icrasını başa çatdırıb. 20 noyabr 2016 – 20 fevral 2017-ci il tarixlərdə həyata keçirilən layihəyə müxtəlif xarici dil biliklərinə malik olan Azərbaycan Turizm və Menecment Universitetinin və digər ali təhsil ocaqların tələbələri cəlb edilmişdir.

Layihənin məqsədi –- gənclərimizin marağını “bələdçi” peşəsinə artırmaq və hazırlanmış gənc bələdçilər vasitəsilə 2017– ci ildə ölkəmizdə keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” yarışması ərəfəsində respublikamıza gələn turistlərə xalqımızın qədim tarixi köklərə və zəngin mədəniyyətə malik olduğunu çatdırmaq, tarixi abidələri və füsunkar təbiəti ilə tanış etmək və turizmin inkişafına tövhə verməkdən ibarət idi.

Layihəyə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin rəsmi bələdçisi – Gülşən Abbasova və psixoloq – Aynur Bəbirova ekspert qismində cəlb edilmişdilər. Layihə çərçivəsində iştirakçılara tarixi şəxsiyyətlərimizin həyat və yaradıcıllığı, Bakı və ölkəmizin şimal-qərb bölgəsində yerləşən tarixi abidələr və mədəniyyətimiz haqqında məlumatlar seminarlar zamanı verilmişdir. Əldə edilən bilikləri, məlumatları zənginləşdirmək və reallığda həyata keçirmək üçün layihə iştirakçıları Bakı, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz rayonlarında yerləşən tarixi məkanlara səfərlər etmişdilər. Layihənin sonunda ekspertlərin iştirakı ilə hazırlanmış gənc bələdçilər arasında seçim aparılmışdır. Seçim mərhələsindən keçən və ilkin tələblərə cavab verən gənc bələdçilər haqqında məlumat, xidmətlərindən yararlanmaq üçün, “IV İslam Həmrəyliyi Oyunları” Təşkilat Komitəsinə təqdim olunacaqdır.
“Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB “Azərbaycan Kiber İdman Federasiyası”, “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təsisçisi və fəal üzvüdür. Birliyin əsas məqsədi – gəncləri öz ətrafında toplamaq, asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı və yaradıcı gənclər arasında əlaqələrin inkişafına kömək etməkdən ibarətdir.

Yeniçağ.az

www.yenicag.az

868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv