!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Benzin bahalaşıb

!Reklam – Yazi

14606493_1764268287155103_2458942069916361838_nGürcüstanın bütün yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın 1 litri 5-10 tetri bahalaşıb.

Neft Məhsulları İdxalçıları Assosiasiyasının rəhbəri Vano Mtvralaşvili qiymət artımını iki amillə əsaslandırıb – dünya bazarında neftin bahalaşması və milli valyutanın (lari) devalvasiyası ilə:

“OPEC ölkələri neftin hasilatının azaldılması ilə bağlı razılığa gəldi. Bu razılaşma neftin bahalaşmasına hesablanıb. Onu da qeyd edim ki, razılığa digər iri neft istehsalçıları da qoşulub. Bu, xarici amildir. Lakin qiymət artımına daxili amil də təsir göstərir. Söhbət larinin devalvasiyasından gedir. Devalvasiya son 1-2 ay ərzində az qala hər gün baş verir. Hər iki amil yanacağın bahalaşmasına səbəb oldu”.

Onun sözlərinə görə, ilk növbədə, qiyməti kiçik YDM şəbəkəsinə malik olan şirkətlər qaldırıb: “Çünki bu şirkətlərin xaricdən aşağı qiymətə aldığı məhsulların ehtiyatı iri şirkətlərə nisbətən azdır. İri şirkətlər qiyməti dərhal artırmır. Lakin onlar da qiymət artımına gedir. Kiçik şirkətlər 2 həftə öncə qiyməti artırmışdı”.
“Senta” şirkətinin rəhbəri Zaala Yakobidze isə bildirib ki, indiki şəraitdə yanacağın qiymətini stabil saxlamaq mümkün deyil: “Bizdə qiymətlər dünya bazarında baş verən proseslərə adekvat dəyişir”.

Xatırladaq ki, 2015-ci ilin sonuna olan statistikaya əsasən Gürcüstanda SOCAR brendi altında 115-dən artıq YDM fəaliyyət göstərir.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv