Yazı İçi 468×60

benzin2ABŞ-da benzinin qiyməti 16 qəpikdən də aşağı düşüb.

Miçiqan ştatının şəhərlərindən birində benzinin 1 litrinin qiyməti 10 sentdən (0,16 AZN) aşağı düşüb.

Eskpertlər isə benzinin bu qədər ucuzlaşmasının təkcə neftin qiymətinin aşağı düşməsi ilə əlaqəli olmadığını bildiriblər. Məlumata görə, Hafton Taun şəhərində benzin qallonunun (təxminən 4 litr) qiyməti 47 sentə (0,75 AZN) qədər ucuzlaşıb. Bu isə son 10 il ərzində rekord ucuzlaşma hesab olunur.

ABŞ-da benzin qiymətlərinin montorinqini edən ekspert Patrik De Haan bildirib ki, Miçiqanda özünü göstərən qiymət ucuzlaşması 3 yanacaqdoldurma məntəqəsi arasındakı qiymət müharibəsilə bağlıdır. Monitorinqin nəticələri göstərir ki, Hafton Taun şəhərindən başqa ölkədəki heç bir region neftin ucuzlaşmasına belə reaksiya verməyib. Hazırda ölkə üzrə qallonun orta dəyəri 1,89 dollar (3 AZN) təşkil edir. Bu isə 2015-ci ildəki orta dəyərdən 0,17 sent (0,27 AZN) aşağı göstəricidir. De Haan 2008-ci ildə neftin qiymətinin pik həddə olduğu zaman ölkə üzrə qallonun orta dəyərinin 4,12 dollar (6,54 AZN) olduğunu xatırladıb. Həmin vaxt bəzi yanacaqdoldurma məntəqələrində bu qiymət 6 dollar (9,52 AZN) həddinə çatırdı.(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."