Yazı İçi 468×60

president_aliyev_merkel_konfrans_210115_08Azərbaycan özünü yanacaqla təmin edir. Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, şəhər nəqliyyatı tarifləri – metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.

“Yəni, biz maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə, islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görüləcək.

Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın.

Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar”, – deyə, Azərbaycan dövlətinin başçısı bəyan edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."