www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son zamanlar Azərbaycan futbolunun durumu hər kəsi narahat edir. Bölgələrin bəzilərində isə futbol demək olar ki çökür. Uşaq-yeniyetmə yaşlarında bu sahəyə böyük həvəslə başlayanlar təəssüf ki, dəstək görməyən zaman sonda uğursuzluğa düçar olurlar.

1986-cı ildə yaradılmış “Göyəzən” klubu indi baxımsızlığa, dəstək görmədiklərinə görə səfalət içindədir. Yəni bölgə futbolunun daha birini məhv edirlər. Nə AFFA, nə fə PFL adıçəkilən kluba kömək əlini uzatmaq istəmir.

Yeniçağ.az bu dəfə həm diqqətdən kənar qalan Qazax rayon futbolundan, həm də dəstəyə ehtiyac duyan 2 yeniyetmə futbolçudan bəhs edəcək.

Qazax rayonunda yaşayan uşaq və yeniyetmələr futbolla məşğul olmaq istədikdə “Göyəzən” klubuna gəlirlər. Ancaq kluba və futbolçulara normal dayaq olunmadığı üçün onların da futbol bacarığı məhv olur. Hətta iş o yerə çatıb ki, rayondakı bacarıqlı uşaqları da görməməzliyə vururlar. Bu gün Qazaxın futbol camiəsi bu şəraitsizlikdən, diqqətsizlikdən şikayətlənir. Azarkeşlər belə boş qalan tribunalara baxıb köks ötürürlər.
Qazaxda futbolun vəziyyəti ilə maraqlandığımız, bəzi klublara göz gəzdirdiyimiz zaman əkiz Yelmar və Şahmar Aşurov qardaşları diqqətimizi çəkdi. Futboldan azdan-çoxdan başı çıxan rayon adamlarının hamısı birağızdan bu sözü dedi:

“Təki bu qardaşlara yaxşı qapı açıla. Çünki onlar həqiqətən də istedadlıdırlar, rayonumuzu yüksək şəkildə təmsil edə bilərlər”.

Uşaqların ailəsi və təhsili ilə maraqlandıq. Bunun üçün də hər zaman övladlarını dəstəkləyən, yeri düşəndə məşqlərini izləməyə gedən valideynləri ilə görüşdük. Valideynlər də övladlarının sağlam idmançı, yaxşı futbolçu olmalarını arzulayır. Onların ən böyük arzusu uşaqlarının bacarıqlarını daha da yaxşı nümayiş etdirəcəyi yerdə oynamalarıdır.
Əkizlərin anası Məhbubə Aşurova Yeniçağ.az-a uşaqlarının futbola necə həvəsli olmasından danışdı:

“Uşaqlar 2004-cü il iyulun 14-də anadan olub. 5 ildən çoxdur ki, futbol oynayırlar. Öncə “Göyəzən”də oynadılar. Sonradan Yelmar və Şahmarı “Avey” idman klubuna dəvət etdilər. İndi bir müddətdir ordadırlar.
Anayam, narahat oluram, arada “bu gün də getməyin futbola, hava soyuqdur, tərləyirsiz, sonra xəstələnərsiz”, deyirəm. Amma oğlum Yelmar həmişə mənə deyir: “ana, xahiş edirəm bizim karyeramıza mane olma. Biz Azərbaycan futbolu üçün çalışırıq, daha da irəli getmək, bu sahədə özümüzü tanıtmaq istəyirik”.

Əkiz qardaşların atası Turqan Aşurov yoldaşından fərqli olaraq heç vaxt onlara bu barədə irad tutmayıb. Çünki o da bir futbolsevər kimi Yelmar və Şahmarın bu sahədə uğurlu olacağına inanır:

“Ta uşaqlıdan ikisi də “Qarabağ”, “Qalatasaray” və “Barselona” klublarının fanatı olub. Hazırda Qazaxdakı “Uşaq yaradıcılıq birliyi”nin futbol dərnəyinin üzvüdürlər. Ata kimi ən böyük arzum övladlarımın “Qarabağ”, “Qəbələ”, “Neftçi” kimi klublarda forma geymələridir. Mən inanıram ki, həm Yelmar, həm də Şahmar bu sahədə özlərini doğruldacaqlar”.

P.S. Çox istərdik ki, bu gün bölgələrdə uşaq futboluna xüsusi diqqət ayrılsın. Çünki bu, əyalətdə yaşayan bütün valideynlərin arzusudur. Kim bilir, bəlkə bizim də gələcəyin Maradona, Ronaldinyo kimi oyunçuları hansısa kənd meydançasında öz şansını gözləyir? Bəlkə də…

Aygün İlqarqızı
Yençağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 356
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.