Yazı İçi 468×60

image440Mayın 7-dən 8-ə keçən gecə Bərdədə 24 yaşlı oğlanı yandıraraq öldürmək istəyiblər.

Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Piyadalar kəndində qeydə alınıb.

Kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. S. Bayramov daha sonra öz avtomobilinə qoyulub, avtomobil benzin tökülərək yandırılıb. Kənddən bir nəfər atlı qəbiristanlığa çatanda sahədə avtomobilin yandığını görüb, inilti səsini eşidib. O, S.Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb. S.Bayramovun vəziyyəti ağırdır.

İlkin versiya odur ki, S. Bayramovun mal bazarında mal-qara satdığını və üzərində 3-4 min manat pul olduğunu bilən şəxslər qarət məqsədi ilə bu hadisəni törədiblər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."