!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə “Erkən evlilik və onun fəsadları” mövzusunda təlim keçirilib

!Reklam – Yazi

fe1e2073-8976-48d7-b487-54cebc66802eAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tərəqqi” SİİB –i “Əhali arasında tibbi maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində 12.07.2016-cı il tarixində Bərdə rayonu, Şahvəllər kəndində “Erkən evlilik və onun fəsadları” mövzusunda təlim keçirildi.

Təlimin başlıca məqsədi erkən evlilik və onun tibbi fəsadları barədə iştirakçıları məlumatlandırmaq idi. Təlimi Ş.Dadaşova aparırdı. O,mövzu ilə bağlı əraflı məlumat verərək bildirdi ki, “erkən evlilik cəmiyyəti narahat edən ən başlıca problemlərdən biridir. Azərbaycanda nikah yaşı 18-dir. Lakin istisna hallarda nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verilə bilər və tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. Azərbaycan qanunvericiliyinə görə, erkən evlilik(erkən nigah) 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır: Erkən evliliyə həm qızlar həm də oğlanlar cəlb edilir. Qızlar daha çox erkən evliliyə cəlb olunur. Erkən evlikdə valideynlərin rolu böyükdür. Onlar övladlarının gələcyini düşünmürlər. Elə hesab edirlər ki ,ailə qurmaqla işlərini tamamlamış olurlar. Sonradan isə əksəriyyəti acı nəticələrlə qarşılaşır. Bu vaxt isə çox gec olur. Erkən evliliyə təhrik olunanlar çox ciddi sağlamlıq problemlərinə məruz qalır. Hətta bəzən ana və körpə ölümünə səbəb olur. Çünki bu yaşda olan qızlar nə psixoloji nə də fizioloji cəhətdən ana olmağa hazır deyillər. Ümumiyyətlə erkən qurulan ailərdə nigahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.”

Daha sonra erkən evliliyin tibbi fəsadları ilə bağlı müzakirələr oldu . İştirakçıların fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv