Bərdədə FACİƏ! 2 ölü,5 yaralı-SİYAHI

Müəllif: Redaktor

Editor

c0128f45152e774190e870e54229340fBərdə rayonunun Uğurbəyli kənd sakini Əli Məmmədovun evində qaz balonunun partlaması nəticəsində ailə üzvlərindən iki nəfər ölüb, beş nəfər yaralanıb. APA-nın Qarabağ müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, yaralılar yanıq xəsarəti ilə Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların adı məlum olub:

1961 ci il təvəllüdlü Məmmədova Fəxriyyə Ənvər qızı,
1961-ci il təvəllüdlü Məmmədov Əli Allahverdi oğlu,
1991-ci il təvəllüdlü Məmmədov Eldar Əli oğlu,
1998-ci il təvəllüdlü Məmmədov Vüsal Əli oğlu,
2012-ci il təvəllüdlü, Məmmədova Səma Vüsal qızı

**** 22.12

Bərdə. Ziya Əmirxanlı-APA. Bərdə rayonunun Uğurbəyli kəndində qaz balonunun partlaması nəticəsində ölən və yaralananlar var.

APA-nın Qarabağ müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, kənd sakini Əli Məmmədovun evində məişətdə işlənən qaz balonunun partlaması nəticəsində ailə üzvlərindən iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar yanıq xəsarəti ilə Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Onların vəziyyətinin ağır olduğu bildirilir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır