www.sinerjipro.net

SinerjiProWide
Reklam

007d1b9e-eef6-4a6f-9f1c-5a340059fd6f12 may 2016-cı il tarixdə Peşə liseyində Bərdə rayon Gənclər və İdman idarəsinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə Liseyin direktor müavini Müşviq Abdullayev açaraq qonaqları təqdim etdi və mövzu ilə bağlı məlumat verdi.Sonra o,ölkəmizdə gəncliyə göstərilən diqqət və qayğıdan danışaraq,qeyd etdi ki,Liseyin kollektivi rayonda gedən ictimai-siyasi proseslərdə,keçirilən gənclər və idman tədbirlərində lisey şagirdlərinin fəal iştirakından danışdı.

Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov çıxış edərək narkomaniya ilə mübarizənin ölkə rəhbərliyinin daima diqqət mərkəzində olduğunu,bununla bağlı Dövlət Proqramlarının təsdiq edilərək həyata keçirildiyini,yeniyetmə və gənclərlə keçirilən maarifləndirici görüşlərin Dövlət Proqramından irəli gələn vəzifələrdən biri olduğundan, Bərdə rayon Gənclər və İdman idarəsinin əlaqədar təşkilatlarla birgə bu sahəylə bağlı gördüyü işlərdən və keçirilən tədbirlərdən danışdı.

RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili,polis mayoru Elçin Talıbov cəmiyyətin sağlam inkişafına,mənəviyyatına,onun genefondu olan gəncliyinə ağır zərbə vuran narkomaniya ilə mübarizə tədbirlərindən,bu məsələnin Azərbaycan Dövlətinin ümumi siyasətinin əsas tərkib hissəsinə çevrilməsindən,ölkəmizin Beynəlxalq sazişlərə qoşulmasından,qanunsuz dövriyyədə olan narkotiklərin aşkar edilməsindən,bu sahədə rayon polis şöbəsinin gördüyü işlərdən danışdı.
Şəhər poliklinikasının narkoloji kabinetinin həkimi Gündüz Xudaverdiyev çıxışlarında narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və belə hallara qarşı ölkəmizdə,eləcədə rayonumuzda aparılan profilaltiki tədbirlərdən danışdı.

Sonda qonaqlar şagirdləri maraqlandıran suallara geniş və ətraflı cavablar verdilər.
Tədbirə Liseyin direktor müavini Müşviq Abdullayev yekun vuraraq yeniyetmə və gənclərin maarifləndirilməsinin vacibliyini bir daha qeyd etdi və kollektiv adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 134
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."